Şahmat insan ömrünə necə təsir göstərir?

 

Avstraliya mütəxəssisləri müəyyən ediblər ki, şahmat oynamaq aydın zəka və fəal həyat tərzi tələb edir. Bu amillərin məcmusu şahmatçıların hətta idmanın fiziki növlərinin nümayəndələrindən də çox yaşamasına imkan verir.

Şəffaflıq.az xəbər verir ki, Melburn Universitetinin mütəxəssisləri uzunömürlülüyün reseptini müəyyən ediblər. İdmanın intellektual növləri ilə məşğul olmaq ömrü yeddi il uzadır. Söhbət, o cümlədən şahmatdan gedir.
Alimlər tədqiqatın gedişində 16 min şahmatçının sağlamlıq durumunu təhlil ediblər. Bu barədə məlumatı şahmat oynamayan adi insanın göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, şahmat həvəskarları bu sahədə hətta idmanın fiziki növləri ilə məşğul olan rəqiblərindən də üstündürlər.

"Ölkə.Az"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}