Şamaxı Olimpiya Mərkəzində yeniyetmələr arasında cüdo idman növü üzrə region birinciliyi keçirilir.-FOTO

09 -10 oktyabr 2019-cu il tarixlərində Şamaxı Olimpiya Mərkəzində 2006-2007 və 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə region birinciliyi keçirilir.
 Şəffaflıq.az bildirir ki,Yarışın rəsmi açılış mərasimi 09 oktyabr 2019-cu il tarixində Şamaxı Olimpiya Mərkəzində baş tutub
Tədbirdə Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Olimpiya Mərkəzinin müdiri Səbuhi Qarayev, Cüdo Fedorasiyasının rəsmiləri Ruzbəy Vəliyev və Tərlan Poladov çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Keçiriləcək region birinciliyində Respublikanın Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan, Şamaxı rayonlardan komandalar üzrə 200 nəfərə yaxın yeniyetmə idmançı iştirak edir.
I, II və III - yerləri tutmuş idmançılar Azərbaycan Cüdo Federasiyası və Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq medal və diplomlarla təltif olunacaqlar.


https://www.facebook.com/100012049207158/videos/710789722665995/?t=0
Alxas Məmmədov
Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş