Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə VII açıq Respublika turniri keçirilir.-FOTOLAR

 04-06 oktyabr 2019-cu il tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə VII açıq Respublika turniri keçirilir.
Şəffaflıq.az bildirir ki, Oleq Krapivin 29 sentyabr 1960-cı ildə Azərbaycanın qədim şəhəri Şamaxının Şəhriyar qəsəbəsində anadan olub. O, kiçik yaşlarından tərbiyəsi və davranışı ilə həmyaşıdlarına nümunə olub. Dərsdən kənar vaxtlarda o, idman klubuna gələr, saatlarla idmançıların məşqlərinə tamaşa edərdi.
Bir müddətdən sonra Oleqgilin ailəsi Bakının Sabunçu, sonralar isə Bakıxanov qəsəbəsinə köçür. Oleq idmana bütün varlığı ilə bağlandığı üçün təhsilini davam etdirməklə yanaşı, sərbəst güləşlə də məşğul olur. O, tanınmış idmançı, Azərbaycan güləşinin inkişafında əvəzsiz rol oynamış SSRİ idman ustası Oqtay Hüseynovun qrupunda məşq edir. Gənclər arasında Respublika yarışlarında Oleq Azərbaycan çempionu adına layiq görülür.
2007-ci il Oleqin həyatında ən əlamətdar il olur. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə Dünya çempionu adını qazanır. Bu, yüksək göstəricilərinə görə o, respublika rəhbərliyinin mükafatına layiq görülür.
Oleq yaşadığı ölkənin paytaxtı Kiyev şəhərində azərbaycanlı uşaqlar üçün “Bazar günü məktəbi” təşkil etmiş, eyni zamanda uşaqların fiziki cəhətdən sağlam böyüməsi üçün idman kompleksi tikdirmişdir. “Vətən” adlı Azərbaycan milli vokal-rəqs ansamblı yaratmaq isə onun ən böyük arzularından biri olub.

 
Şəffaflıq.az xəbər verir ki, 05 oktyabr 2019-cu il tarixində Şamaxı Olimpiya İdman Kompleksində turnirin təntənəli açılış mərasimi keçirildi. 
Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov bütün iştiakçılarını salamladı və turniri açıq elan etdi.
  Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Millət vəkili Rüfət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev və veteran güləşçi Oleq Krapivin çıxış ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına yüksək diqqət və qayğı göstərməsindən, ölkəmizin mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsindən, idmançılarımızın idmanın bütün növlərində əldə etdikləri yüksək nəticələrdən danışıblar.
Turnirdə Azərbaycanla yanaşı, Rusiya, Ukraniya, İran, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan olan 300-dək güləşçi birincilik uğrunda mübarizə aparırlar..
 Yarışın təşkilatçılarından olan Vüqar Abdullayev bildirib ki, bu yarış gənclərimizə Oleq müəllimin hədiyəsidir. Burda gənc güləşci özünü sınayır.
Yarış O6.10.2019-cu il tarixdə  başa çataraq qaliblər müəyyənləşdiriləcək..!
Vahid İsmayılov 
Şamaxı
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}