“Topaz Futbol Festivalı-2019” mini futbol üzrə Sumqayıt turnirinə yekun vurulub

Topaz Futbol Festivalı-2019” çərçivəsində Sumqayıtdakı “Spartak” İdman-Sağlamlıq Mərkəzində keçirilən mini futbol üzrə regional turnirə yekun vurulub.
Turnirdə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Abşeron, Şamaxı rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Turnirin açılış mərasimində Sumqayıt şəhər gənclər və idman baş idarəsinin rəis mavini Mübariz Bəşirov, turnirin təşkilatçı qurumunun rəsmi nümayəndəsi Əfqan Həmzəyev, AFFA-nın şimal regional futbol federasiyasının sədri Abdulla Məmmədov, veteran futbolçu Telman Salahov iştirak ediblər.
Çıxışlarda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, regionlarda futbolun kütləviliyinin təmin edilməsində belə yarışların təşkilinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, “Topaz futbol festivalı”nın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini futbolun kütləviliyini artırmaqdır.
Qeyd edilib ki, ölkəmizin 7 bölgəsini əhatə edəcək festivala, ümumilikdə 56 komanda, o cümlədən 672 iştirakçı və onlarla könüllü qatılacaq. Bölgə yarışlarının qalibləri sonda Bakı finalında qarşılaşacaqlar.
Sonra püşkatma keçirilib və komandaların yarışına start verilib.
Turnirin final oyununda “Sumqayıt -70” və Abşeronun “Novxanı” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 5:2 hesabı ilə “Novxanı” komandasının xeyrinə başa çatıb.
Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.
Tədbir çərçivəsində, həmçinin Sumqayıtın bədii özfəaliyyət kollektivlərinin maraqlı və rəngarəng çıxışları izlənib, viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.
Sumqayıt turnirin yekununa görə, 3 komanda finala vəsiqə qazanıb.
Mini futbol üzrə final turniri iyul ayının 14-də Bakının Şaqan qəsəbəsində keçiriləcək.AZƏRTAC

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}