02 iyul "Azərbaycan Polislərinin Peşə Bayramı Günü" münasibəti ilə Şamaxı Olimpiya Mərkəzində yeniyetmələr arasında taekvondo idman növü üzrə turnir keçirilmişdir.-FOTO


02 iyul "Azərbaycan Polislərinin Peşə Bayramı Günü" qeyd olunması münasibəti ilə 02 iyul 2019-cu il tarixində Şamaxı Olimpiya Mərkəzində yeniyetmələr arasında taekvondo idman növü üzrə turnir keçirilmişdir. 
Şəffaflıq.az xəbər verir ki, turnirə Şamaxı Olimpiya Mərkəzinin, Qafqaz Arena, Göylər, Sabir komandaları üzrə 50 nəfərə yaxın yeniyetmə taekvondoçu cəlb edilmişdir. 
Tədbirdə həmçinin Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev, rayon Polis şöbəsinin rəis müavini, polis mayoru Ziya İbrahimov, şöbənin polis əməkdaşları və digər qonaqlar da iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək rayon Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi və polis işçilərinin respublikamızda, o cümlədən rayonumuzda sabitliyin yaranmasında və asayişin qorunması sahəsində göstərdikləri xidmətlərindən danışdı.
Tədbir açıq elan edildikdən sonra, Azərbaycan Respuiblikasının Dövlət Himni səslənildi. Sonra Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev və rayon Polis şöbəsinin rəis müavini Ziya İbrahimov da çıxış etdilər. Çıxışlardan sonra yeniyetmə taekvondoçularımız mübarizəyə qatıldılar. Tədbirin sonunda rayonda ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında göstərdikləri fəallığa görə bir neçə polis zabiti və çavuş heyyəti Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev və rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyev tərəfindən Fəxri Fərmanlarla və qiymətli hədiyyələr ilə təltif olund 
Əfşanə 

Şəffaflıq.az
 
 

 


 шаблоны для dle 11.2


Facebook-da paylaş