Şamaxı və Ağdaş komandaları ilə birgə Azərbaycan silahlı qüvvələri gününə həsr edilmiş, Taekvondo idman növü üzrə Yoldaşlıq görüşləri keçirilmişdir.-FOTO

 21-iyun 2019-cu il taeixində Ağdaş olimpiya idman kompleksində Şamaxı və Ağdaş komandaları ilə birgə Azərbaycan silahlı qüvvələri gününə həsr edilmiş Uşaq,Yeniyetmə və Gənclər araslnda Taekvondo idman növü üzrə təlim məşq toplantıları və Yoldaşlıq görüşləri keçirilmişdir.
Şəffaflıq.az xəbər verir ki,yarışda 60-dan çox idmançı öz gücünü sınayıb.Yarışa təşkilatçı rəhbərliyi Ağdaş Olimpiya İdman Kompleksi və Azərbaycan Taekvondo Federasiyasının Ağdaş rayonunda fəaliyyət göstərən "Gənclər" Taekvondo idman klubu edib.Yarışın əsas məqsədi İdmançılarımızda vətənpərvərlik ruhunu yüksəltmək,regionlar arasında dostluq münasibətlərini möhkəmlədirmək,bu idman növünü təbliğini daha da yüksəltmək və idmançıların döyüş səviyyələrini artırmaqdan ibarət olmuşdur.Yarışda Ağdaşın "Gənclər",Şamaxının "Göylər kəndi","Qafqaz" və "Sabir qəsəbəsi" taekvondo klubları və bölmələri
məşqçi-müəllimlər Alxas Məmmədov və Eşqin İsmayılovun rəhbərliyi ilə aparılıb.

Yekunda yer tutmuş idmançılara hədiyyələr,diplomlar və medallar təltif edilb.
Şamaxı komandasının yüksək nəticə əldə etməsi münasibətilə Kubokla mükafatlandırılıblar.

+Eşqin İsmayılov
Göyçay
Şəffaflıq.az

 
шаблоны для dle 11.2


Facebook-da paylaş