Kompüter Oyunları üzrə gənclər arasında XIII Azərbaycan Milli Çempionatının zona mərhələsi keçirilmişdir.

  11-13 iyun 2019-cu il tarixlərində Göyçay Gənclər Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən Kompüter Oyunları üzrə gənclər arasında XIII Azərbaycan Milli Çempionatının zona mərhələsi keçirilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kompüter Oyunları Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 rayonu təmsil edən 45- dən çox kiber idmançı öz qüvvələrini sınamışdır. Maraqlı keçən görüşlərin sonunda “Counter Strike: Global Offensive” komanda oyunu üzrə Mayılov Fariz, Seyidov Günəş, Qurbanov Elşad, Quliyev Cəsarət və Səidi Anardan ibarət komandamız II yerə layiq görülmüşdur. “TEKKEN 7” fərdi oyunu üzrə Salmanlı Aqşin III yeri tutmuşdur..Sonda qaliblər Azərbaycan Kompüter Oyunları Milli Assosiasiyasının diplomları ilə təltif olunmuşlar. Gənclərimizi bu nailiyyət  münasibəti ilə təbrik edir, yeni uğurlar arzulayırıq.
Əliqasım Məmmədov ADPU II kurs tələbəsi.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}