ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr arası dama üzrə Universitet birinciliyi yarışı keçirildi.-FOTO

 ADPU-un Şəffaflıq.aza verdiyi məlumata görə.Mayın 6-ı ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr arası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş dama üzrə Universitet birinciliyi yarışı keçirildi.
Yarışı giriş sözü ilə fakültə dekanı dosent Laçın Həsənova açıq elan etdi. İştirak edən tələbələrə müvvəfəqiyyət arzu edib yarışı açıq elan etdi. Yarışın keçirilməsinin əsas məqsədi tələbələr arasında intellektual idman növü olan dama oyununu təbliğ etmək, güclü damaçıları aşkar etmək, eyni zamanda tələbələrin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarətdir. YARIŞIN NƏTİCƏ OLARAQ: 
Rəsulov Elvin  (303) qrup – 1-ci yer,
Həmidov Kamal (103) qrup – 2-ci yer, 
Hüseynov Ravi (103) qrup – 3-cü yerə layiq görülmüşdürlər.





 
Əliqasım Məmmədov ADPU II kurs tələbəsi.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}