Əsas Səhifə > Hadisə > Mikroavtobus süpürgəçini vurub öldürdü

Mikroavtobus süpürgəçini vurub öldürdü


18-01-2020, 12:25

 

Bərdədə mikroavtobus süpürgəçi qadını vuraraq öldürüb.

Şəffaflıq.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Rayonun Lək kənd sakini Abdullayeva Aidəni yolun kənarını süpürərkən avtomobil vurub.

Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt