Əsas Səhifə > Hadisə > Bakı metrosunda qorxulu anlar - FOTO

Bakı metrosunda qorxulu anlar - FOTO


12-12-2019, 10:15

 

Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.

Naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb.

Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platforamya çıxarılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Bundan sonra polis vətəndaşı qatar yolundan çıxarıb".

Şəffaflıq.az
Geri qayıt