Əsas Səhifə > Hadisə > Bakıda irigövdəli ağac aşdı - Avtomobillər əzildi

Bakıda irigövdəli ağac aşdı - Avtomobillər əzildi


7-10-2019, 23:31

 

Bu gün Bakıda əsən güclü külək fəsadsız ötüşməyib.

Şəffaflıq.az-ın Trend-ə istinadən məlumatına görə, Səbail rayonu Nizami küçəsində külək irigövdəli ağacın aşmasına səbəb olub. Aşan ağac yol kənarında park edilmiş avtomobillərə ziyan vurub.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, qurum əməkdaşları artıq həmin əraziyə səfərbər olunub.
Geri qayıt