Əsas Səhifə > Hadisə > İki mikroavtobus toqquşdu - Ölən və xəsarət alanlar var

İki mikroavtobus toqquşdu - Ölən və xəsarət alanlar var


7-10-2019, 22:29
 Şərur rayonunun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi "Reno" markalı mikroavtobuslar toqquşub.
Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Əsədov orada ölmüş, digərlərinin vəziyyətləri orta-ağırdır.
Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.
Geri qayıt