Əsas Səhifə > Hadisə > Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ölü və yaralılar var

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ölü və yaralılar var


4-09-2019, 14:43
 Qusar rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
"Report"un verdiyi məlumata görə, rayonun Atluxanoba kənd sakini, Zeynulla Cəbrayılov idarə etdiyi "Mercedes-190" markalı avtomobillə Xudat-Qusar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə, sürücü və avtomobildə olan sərnişinləri - Atluxanoba kənd sakinləri, Elina Sevzixanova, Gülmirə Babayeva, Pərvanə Babayeva və Mina Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq, yaralılardan P.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az
 
Geri qayıt