Əsas Səhifə > Hadisə > Evdəkilərlə deyib-güldü, özünü asdı – Müəmmalı hadisə.

Evdəkilərlə deyib-güldü, özünü asdı – Müəmmalı hadisə.


10-08-2019, 14:46
 Hacıqabul sakini intihar edib.
Şəffaflıq.az Report-a istinadən xəbər verir ki, Muğan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu evdəkilərin yatmasından istifadə edərək çölə çıxıb, həyətdəki ağacların birindən özünü asaraq intihar edib.
Onun ağacdan asılmış meyiti səhər saatlarında yaxınları tərəfindən aşkar edilib. Məlumata görə, Qüvvət Əhmədli axşam yeməyindən sonra doğmaları ilə xeyli zarafatlaşıb, deyib-gülüb.
İntihar hadisəsinin baş vermə səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
Geri qayıt