Əsas Səhifə > Hadisə > Xaçmazda dəhşətli qəza: Ölən və yaralılar var

Xaçmazda dəhşətli qəza: Ölən və yaralılar var


5-08-2019, 15:02
 Xaçmaz rayonunda ağır qəza baş verib.
 Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsi ərazisində qeydə alınıb.
Nağı-oba kənd sakini Q.Novruzov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Sahib Xalıqovu, E.Babaəliyevi və K.Abbasəliyevi vurub.
Nəticədə S.Xalıqov hadisə yerində ölüb, digər 2 piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.Teleqraf.com
Geri qayıt