Əsas Səhifə > Hadisə > Azərbaycanda toy karvanında DƏHŞƏTLİ QƏZA - 6 nəfər xəstəxanalıq oldu

Azərbaycanda toy karvanında DƏHŞƏTLİ QƏZA - 6 nəfər xəstəxanalıq oldu


1-08-2019, 15:41

 Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb.
Şadlıq sarayına gedən toy karvanının önündə gedən "Niva" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub.
Nəticədə 2 nəfər qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
Geri qayıt