Əsas Səhifə > Hadisə / Cəmiyyət > Məhkəmə sədri və üç hakim işdən çıxarıldı - Azərbaycanda

Məhkəmə sədri və üç hakim işdən çıxarıldı - Azərbaycanda


12-07-2019, 16:48
 Azərbaycanda 3 hakim vəzifəsindən azad edilib.
Şəffaflıq.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib.
Qərara əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunaraq başqa işə keçiriliblər.
Həmçinin qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.
Geri qayıt