Əsas Səhifə > Hadisə / Region > Göyçayda dava - 1 nəfər yaralandı....

Göyçayda dava - 1 nəfər yaralandı....


15-06-2019, 11:56

 Toy məclisi qanlı sonluqla nəticələnib.
 Şəffaflıq.az-ın  Göyçay rayonunda olan bölgə müxbiri bildirir ki, toy mərasimində dava düşüb,hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Rayonda fəaliyyət göstərən "Kənan" restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib. Qonaqların qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.Faktla bağlı araşdırma aparılır.
Davud. Tarverdiyev
Göyçay
ŞƏFFAFLIQ.AZ

Geri qayıt