Əsas Səhifə > Hadisə > Bakı-Şamaxı yolunda 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.-FOTO/VİDEO

Bakı-Şamaxı yolunda 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.-FOTO/VİDEO


1-06-2019, 20:22
 
Bakı-Şamaxı yolunda 2 nəfərin ölümü  ilə nəticələnən avtomobil qəzası baş verib.
Şəffaflıq.az-ın verdiyi məlumata görə, hadisə magistral yolun 116-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.
Şamaxı  rayon Quşçu kənd sakini İsmayılov Ramin Vahid  oğlunun idarə etdiyi, 90-DV-993 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili qarşı tərəfdən gələn,Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi “Shacman” markalı  99 -DB-413 dövlət nömrə nişanlı avtomobili ilə toqquşub.
Hadisə zamanı NİVA-dakı sərnişinlər-sürücü İsmayılov Ramin Vahid oğlu və qardaşı İsmayılov Rasim Vahid oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Vahid
Şəffaflıq.az









 
Geri qayıt