Əsas Səhifə > Hadisə > FHN 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı məlumat yaydı

FHN 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı məlumat yaydı


10-05-2019, 23:56
 Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Şəffaflıq.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Geri qayıt