Bakıda idman kompleksində baş verən yanğınla bağlı məlumat yayıb.

 Bakıda idman kompleksində baş verən yanğın söndürülüb.
Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbinin ərazisində baş vermiş yanğın saat 09:48-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Minval.info-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Saat 09:58
***
Fövqəladə Hallar Nazirliyi Bakıda idman kompleksində baş verən yanğınla bağlı məlumat yayıb.
Şəffaflıq.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Saat 09:38
***
Bakıda idman kompleksində yanğın başlayıb.
ONA-nın məlumatına görə hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Vətən” idman kompleksində qeydə alınıb.
Yanğının söndürülməsinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.шаблоны для dle 11.2


Facebook-da paylaş