Azərbaycanda qorxunc hadisə - 64 yaşlı kişi keçmiş sevgilisini...

Gəncədə əvvəllər qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayan şəxs saxlanılıb.

Gəncə şəhərində yerləşən yataqxanaların birində Gəncə şəhər sakini, 56 yaşlı Z.İbrahimova ilə əvvəllər qeyri-rəsmi nikahda yaşadığı 1956-cı il təvəllüdlü İlham Həsənovla aralarında mübahisə yaranıb.

Bu zaman İ.Həsənov qadına başından butulka ilə xəsarət yetirib və qarın nahiyəsindən bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.(Report)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}