Ərinin gözü qarşısında ölənə qədər zorlayır və... - Müsəlman ölkəsinin DƏHŞƏTLİ ÜZÜ

İşgəncələr və Suriya həbsxanalarında qadınların zorlanması Bəşər Əsəd rejiminin müharibə silahıdır.

Şəffaflıq.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyinə kliniki psixoloq Ayşə Xumayra Kutluoğlu Karayel deyib.
Onun sözlərinə görə, Əsəd rejiminin hədəfi qadınların şəxsiyyətinin alçaltması, onlara dağıdıcı psixoloji zərərin verilməsidir.
“Əsəd rejimi müharibə silahı kimi zorlamalardan müntəzəm istifadə edir. Bunu daha əvvəl Bosniyada serblər edirdilər. Cinsi yaxınlığa məcburiyyət, zorlama müsəlman qadının şəxsiyyətini dağıda bilər. Bu zalım tərəfindən gücün nümayişidir, bu, onun üstünlüyü sübut edir”, - Karayel deyib.
Üç il boyunca Suriyada müharibənin qadınların və uşaqların psixikasına təsirini öyrənən psixoloqun sözlərinə görə, qadın üçün hər şeydən pis şey onun bədəninə kimsənin zorla yiyələnməsi deyil, ən pis şey çarəsizlik və ləyaqətinə zərbədir.
“Elə hadisələr məlumdur Suriyada qadınları Əsədi tərifləməyə məcbur edərək camaat içində zorlayırdılar. Bəzən qadınları ölənə qədər zorlayırdılar. Əgər qadın onu zorlayan şəxsdən uşaq doğurdusa, onda uşağı onun gözləri önündə öldürürdülər. İnsanların dırnaqlarını, dişlərini kəlbətinlərlə çıxartmaq olarmı? Bəs qadını kişinin gözləri qarşısında zorlamaq, altıaylıq körpəni ananın gözləri qarşısında tapdalamaq olarmı? Bu hərəkətlərin hədəfi şüurları şikəst etmək üçün, aradan qaldırılması mümkün olmayan psixoloji zərər vurmaqdır”, - Karayel deyib.
Qeyd edək ki, Suriyada müharibə 2011-ci ilin martında dinc aksiyaların silahlı konfliktə keçməsi ilə başlanıb. BMT-nin məlumatlarına görə, müharibə nəticəsində ölkədə 500 minə yaxın insan həlak olub, 6,6 milyon doğma evini tərk etməli olub.Publika.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}