Samuxda yarımstansiyada partlayış olub - Xəsarət alan var

 

Samuxda elektrik yarımstansiyasında partlayış olub, xəsarət alan var.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə dünən rayonun Ziyadlı kəndində baş verib. Növbədə olan rayon sakini - 58 yaşlı İslam Bayramov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, İ.Bayramov stansiyada olan nasazlığı aradan qaldıran zaman partlayış baş verib və o yanıq xəsarəti alıb. 
шаблоны для dle 11.2


Facebook-da paylaş