Bakı-Şamaxı yolunda ağır qəza, xəsarət alanlar var

 

Bakı-Şamaxı magistral avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az məlumatına görə, qəza zamanı 1992-ci il təvəllüdlü Qədirov Elnur Elşən oğlu, 1996-cı il təvəllüdlü Rəcəbli Şəhla Malik qızı və 1955-ci il təvəllüdlü Rəhimov Aydın Əli oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

E. Qədirova qabırğanın küt travması, Ş. Rəcəbliyə bədənin küt travması və A. Rəhimova isə qapalı kəllə-beyin və döş qəfəsinin qapalı travması diaqnozları qoyulub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}