Ölümlə üz-üzə qalan iki işçini.- FHN XİLAS ETDİ

 Tərtər rayonunda beşmərtəbəli inzibati binanın fasadında üzləmə işləri aparılan zaman fəhlələrin olduğu konstruksiya (tikintidə istifadə olunan dəmir ayaqaltı) divardan aralanıb, nəticədə 2 nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Şəffaflıq.az-a daxil olan məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon yanğından mühafizə hissəsinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər əməliyyat şəraitini qiymətləndirdikdən sonra, müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə işləri nəticəsində həyatı təhlükəsi olan vəziyyətdə qalan şəxsləri xilasedicilər təhlükəsiz əraziyə çıxararaq xilas ediblər, həmçinin konstruksiyada bərkitmə işləri aparıblar.

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}