Gəncədə avtomobil quyuya düşüb, ölən və yaralanan var

 


Gəncə şəhərində avtomobil qəzası baş verib.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, hadisə Atabəylər prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil sürücünün diqqətsizliyi nəticəsində qazıntı işləri aparılmış yol kənarındakı dərin quyuya düşüb.

Qəza nəticəsində avtomobildə olan, 30 yaşlı Elmir Məmmədov və 35 yaşlı Fuad Rəcəbov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan F.Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}