Bakı-Şamaxı yolunda dəhşətli qəza - 5 ölü, 2 yaralı var

 

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markaı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}