Şamaxıda DƏHŞƏTLİ HADİSƏ - Qadın öldü, əri xəstəxanaya aparıldı-FOTO

Şamaxıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, ikinəfər xəsarət alıb.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci km-də, Meysəri kəndi yaxınlığında qeydə alınıb.

Qəbələ rayonu, Əmirvan kənd sakini, 1982-ci il təvəllüdlü Zəkərayev Dəyanət Saslan oğlunun idarə etdiyi minik avtomobili idarəetməni itirərəkyolun kənarındakı ağaca çırpılıb.

Nəticədə, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1989-cu iltəvəllüdlü Zəkərayeva Pərvanə Rəcəb qızı hadisə yerində dünyasını dəyişib.

Digər sərnişin, İsmayıllı rayonu, Yenikənd kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyev Orxan Cümşüd oğlu və sürücü ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

ŞƏFFAFLIQ.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}