Bakıda işdən çıxarılan qadın özünü yandırmaq istədi

 

Bakının Nərimanov rayonunda 38 yaşlı qadın özünü yandırmaq istəyib.

Bu barədə Vesti.az saytı yazıb.

Bildirilir ki, hadisə Heydər Əliyev prospektində, Rəssamlar Akademiyasının qapısında qeydə alınıb.

1977-ci il təvəllüdlü Hüriyə Hacı İbrahim qızı Hacıməmmədova üstünə neft tökərək özünü yandırmaq istəyib. Ətrafda olan insanlar ona mane olublar. Hadisə yerinə Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinin əməkdaşları cəlb olunub.

Məlum olub ki, həmin adın Rəssamlar Akademiyasında xadimə olaraq çalışırmış. Onu işdən çıxarıblar. Bu səbəbdən də qadın özünü öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}