Bakıda ev yandı - Xəsarət alan var


 

Bakıda yaşayış binasında yanğın olub.

Şəffaflıq.az FHN-ə istinadən xəbər verir ki, yanğın paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 32 m² olan 1 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}