Mikroavtobus süpürgəçini vurub öldürdü

 Bərdədə mikroavtobus süpürgəçi qadını vuraraq öldürüb.
Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Rayonun Lək kənd sakini Abdullayeva Aidəni yolun kənarını süpürərkən maşın vurub.
Qadın xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}