Azərbaycanda məktəbdə partlayış: xəsarət alan var - FOTO

 Yevlax rayonunda orta məktəbdə partlayış olub.
Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 1 saylı orta məktəbin qazanxanasında baş verib. Partlayış zamanı məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirlib. Qeydə alınan hadisə axşam saatlarında baş verdiyindən şagird və müəllimlərdən zərər görən olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}