Bakıda ər arvadının marketdə yandırdı – Dəhşətli cinayət

 Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Məsud Müzəffərovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Şəffaflıq.az  “Qanundan kənar” verilişinə istinadla xəbər verir ki, Məsud Müzəffərov marketdə işləyən keçmiş həyat yoldaşının üzərinə benzin tökərək onu yandırıb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə bu ilin may ayında baş verib.
Paytaxtın “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Manat Shop” mağazasında Məsud Müzəffərov həyat yoldaşı 25 yaşlı Aytəkin Müzəffərovanın başına bezin tökərək, onu yandırıb.
Aytəkin Müzəffərova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Belə ki, həyat yoldaşından ayrılaraq paytaxta gələn Aytəkin Müzəffərova işləmək üçün Türkiyəyə gedib.
Qayıdandan bir müddət sonra da boşanmaq üçün məhkəməyə ərizə verib.
Bu ilin yanvarında onlar boşanıblar.
Cütlüyün birgə nigahdan bir azyaşlı ovladı olub.
Məhkəmə uşağı anada saxlamaqla Məsud Müzəffərovdan aliment tutulması barədə qərar qəbul edib.
Həyat yoldaşı tərəfindən aldadıldığını düşünən Məsud ondan qisas almaq qərarına gəlib. O, Aytəkinin üzünü yandıraraq silinməz iz qoymaq istəyib.
Bu səbəbdən də neft alaraq kirayə yaşadığı mənzildə saxlayıb.
Memar Əcəmi metrosu yaxınlığından keçən zaman təsadüfən Aytəkinin mağazalardan birində işlədiyini görüb.
O marketə daxil olaraq Aytəkinlə söhbət edib və uşaqla görüşməsinə şərait yaratmasını istəyib.
Əslində isə Məsudun niyyəti Aytəkini həqiqətən də həmin mağazada işləyib - işləməməsini dəqiqləşdirmək olub.
Söhbətdən sonra Məsud kirayə qaldığı evə gedərək benzini götürüb və yenidən mağazaya qayıdıb. O, Aytəkini tək olduğunu görən kimi dükana daxil olub və benzini onun üstünə töküb.
Daha sonra alışqanla ona od vurmaq istəyib.
Bu zaman Aytəkin keçmiş ərinə müqavimət göstərib.
Lakin sona qədər gücü çatmayıb və qadını yerə yıxan Məsud ona od vurub.
Daha sonra Məsud Müzəffər marketi tərk edib.
Hadisə zamanı marketdə digər şəxslər olsa da, onlar dalaşanlara müdaxilə etməyiblər.
Qadın yanmağa başlayandan sonra digər satıcılar su və digər vasitələrlə yanan Aytəkini söndürməyə çalışıblar.
Alov söndürülüb, yaralı xəstəxanaya aparılıb.
Mağazadan çıxan Məsud Müzəffərov isə Nəsimi rayon Polis İdarəsinin 19-cü polis şöbəsinə gələrək təslim olub.
Xəstəxanaya aparılan Aytəkin Müzəffərova bir gün sonra orada dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Məsud Müzəffərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Məsud Müzəffərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}