Gəncədə oğul atasını qətlə yetirib

  Gəncə şəhərində oğul atasını qətlə yetirib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.
Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yüsif Mübariz oğlu Dadaşov sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}