Göyçayda rabitə dirəyi qırılaraq traktorun üzərinə aşıb

 Göyçayda rabitə dirəyi qırılaraq hərəkətdə olan traktorun üzərinə düşüb. Hadisə rayonun Yekəxana kəndi ərazisində baş verib. Kənd sakini Xəyal Hüseynovun idarə etdiyi Belarus markalı traktorla hərəkətdə olarkən anidən rabitə dirəyi traktorun üzərinə aşıb. Nəticədə traktora ziyan dəyib. Hadisədən sonra kəndlə rabitə əlaqəsi kəsilib. Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. шаблоны для dle 11.2


Facebook-da paylaş