Şamaxıda “VAZ-2107” markalı avtomobil aşdı, sürücü öldü - FOTO

 


Şamaxıda  “VAZ-2107” markalı avtomobil aşdı, sürücü öldü.

Muğanlı-İsmayıllı avtomobil yolunda avtomobil qəzası qeydə alınıb.

Şəffaflıq.az-ın verdiyi məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü Şamaxı şəhər sakini 1989-cu il təvəllüdlü Kərimov Eldəniz Hidayət oğlu idaretməni itirib. Nəticədə avtomobil aşıb.
Sürücü təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. 







 
шаблоны для dle 11.2


Facebook-da paylaş