Hacıqabulda mikroavtobus yük maşını ilə toqquşub, 3 nəfər xəsarət alıb.

 Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Şəffaflıq.az-ın məlumatına görə hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
“Mersedes” markalı yük maşını sərnişin daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər, Hacıqabul sakinləri - 1963-cü il təvəllüdlü Əhmədova Rəfiqə Həmdan oğlu, 1970-ci il təvəllüdlü Gözəlov Ədalət Nəriman oğlu və Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Çərkəzova Nazlı Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra hər üçü ambulator müalicəyə göndərilib.Oxu.Az
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2


Facebook-da paylaş