Şamaxıda ölümlə nəticələnən yol hadisəsi baş verib.

 Şamaxıda ölümlə nəticələnən yol hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki bu gün saat 17-di radələrində Şamaxı rayonunda məktəb şagirdinin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 
Hadisə Şamaxı şəhər dörd yol adlanan ərazisində qeydə alınıb. NİVA markalı avtomobil 9 yaşlı məktəbli, Nuriyev Yusif Mübariz oğlunu vuraraq öldürüb.
Hadisənin ehtiyarsızlıq səbəbindən yəni, uşağın nəzarətsiz qalması, yolda hərəkət edən avtomobilin qarşısına qəflətən çıxması səbəb olub. 
Məktəbin 3-cü sinif şagirdi olan Nuriyev Yusif Mübariz oğlu hadisədən sonra Şamaxı rayon mərkəzi xəstəxanasına aparılsada yolda dünyasını dəyişib.
Qeyd edək ki, uşağın atası ötən il Şamaxı rayonunda göldə çimərkən bataraq ölmüşdür.
Faktla bağlı şamaxı rayon prokurorluğunda araşdırma aparılır  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}