DİN-dən Göygöldəki qətllə bağlı - Açıqlama

 Daxili İşlər Nazirliyi Göygöl rayonunda baş verən qətllə bağlı məlumat yayıb.
Şəffaflıq.az xəbər verir ki, sentyabrın 8-də saat 4 radələrində Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Günay Cəlilifərhadinin yaşadığı evdə bıçaqla qətlə yetirilməsi barədə Göygöl rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov Bakı şəhərində saxlanılıb.
Qeyd edək ki, Günay Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.
Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları ilə birlikdə Üçtəpə kəndindəki ər evində yaşayıb.
Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətl gecə saat 4 radələrində törədildilib.
Günayın qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov vaxtilə qadının çalışdığı bankda mühafizəçi işləyib.
Qətlin qisqancliq zəminində baş verdiyi bildirilir.Teleqraf.com
Faktla bağlı cinayət işi başlanılıb.шаблоны для dle 11.2


Facebook-da paylaş