İstanbulda azərbaycanlı gəncin faciəli ölümü: meyiti MHP qərargahının üstünə düşdü


 

İstanbulda azərbaycanlı gənc faciəli şəkildə həlak olub.

Şəffaflıq.az virtualaz.org-a istinadən xəbər verir ki, İstanbulun Fatih bölgəsində beşmərtəbəli biznes mərkəzində fiberobtik kabel çəkərkən 22 yaşlı Azərbaycan vətəndaşını elektrik vurub. Hadisə Akşemsettin məhəlləsi, Akdeniz küçəsində baş verib.

Rüfət Fərhadov adlı gənc kabel çəkərkən binanın giriş hissəsində yer alan beton artırmada elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində ölüb. Onun iş yoldaşları hadisə barədə polisə və təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerinə gələn tibb personalı gəncin keçindiyini təsbit edib.

Polis beton artırmanın üstünə düşən cəsədin götürülməsi üçün yanğınsöndürənlərdən kömək istəyib. Hadisə yerinə gələn yanğınsöndürən briqadası nərdivan maşınına taxdıqları aparatın köməyi ilə beton artırmanın üstünə düşən cəsədi götürüblər. Hadisə yerindən çəkilən kadrlara əsasən həmin beton artırma MHP-nin Fatih rayonu üzrə yerli şöbəsinin qərargahının üstündədir.

Azərbaycanlı gəncin yaxınları da hadisə yerinə gəlib və onun faciəli ölümünü eşidəndə şok keçiriblər, kadrlara əsasən gəncin anası olduğu təxmin edilən qadın fəryad edir və təcili yardım briqadası ona yardım etməyə çalışır.

Meyit cənazə maşınına qoyularaq məhkəmə-tibbi anatomiya mərkəzinə aparılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}