İmişlidə 8 yaşlı uşaq kanalda boğulub

İmişlidə uşaq kanala yıxılaraq boğulub.
Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Cəfərli kəndində baş verib.
2011-ci il təvəllüdlü Əli Tağıyev kollektorun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və boğulub. Uşağın cəsədi kənd sakinləri tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2


Facebook-da paylaş