Pakistanda DƏHŞƏTLİ HADİSƏ: avtomobil çaya düşdü, bir ailənin 24 ÜZVÜ ÖLDÜ

 


Pakistanda avtomobil körpünün dağılması nəticəsində çaya düşüb.

Şəffaflıq.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Dawn” nəşri bildirib.

Hadisə nəticəsində azı 24 nəfər ölüb. Nəqliyyat vasitəsi toy mərasimindən qayıdırmış.

“Hamısı bir ailənin üzvü olan 24 nəfər onları daşıyan avtomobilin çaya düşməsi nəticəsində boğuldu”, - Yuxarı Koxistan dairəsinin mülki müdafiə idarəsinin başçısı Axsanul Hak bildirib.

Verilən məlumata görə hadisəyə səbəb köhnə vəziyyətdə olan körpünün həddən yüklənmiş avtomobilin çəkisinə dözməməsi olub. Polis və yerli sakinlər həlak olanların bədənlərinin axtarışlarına başlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}