Göyçayda naməlum şəxslər mağazanı qarət ediblər.-FOTO

   Göyçayda naməlum şəxslər mağazanı qarət etdilər.
 Şəffaflıq.azxəbər verir ki,Hadisə ötən gecə saat 3 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndində baş verib. Kənd sakini İntiqam Səmədova məxsus mağazaya qanunsuz yolla daxil olan şəxs və ya şəxslər kassadan 500 manat nəğd pul, siqaret, danışıq kartları və digər ərzaq məhsullarını götürüblər. Mağaza sahibi səhər saatlarında işə gələndə içəri oğruların girdiyini görüb. Dərhal Göyçay rayon polis şöbəsinə müraciət edib. Mağaza sahibinin sözlərinə görə, baş verən hadisə zamanı onlara ümumilikdə 1000 manat civarında ziyan dəyib.Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma aparılır.
Davud Tarverdiyev  Göyçay
Şəffaflıq.az

    

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}