Ağsunun Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub

 Avqustun 22-də gündüz saatlarında Ağsu rayonu Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin verdiyi  məlumata görə Şəffaflıq.az bildirilir ki, yanğın genişlənərək 35 hektar əraziyə yayılıb.
Hadisə yerinə qonşu rayonlardan da əlavə qüvvələr cəlb olunub. Hazırda 2 helikopter, Mülki müdafiə qoşunlarının 44 nəfərlik şəxsi heyəti, 20 nəfər meşə işçisi, habelə Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından texnika və xeyli canlı qüvvə yanğının söndürülməsinə çalışır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}