Dəhşətli avtobus qəzası: 13 ölü, 20 yaralı

 Hindistanın mərkəzi hissəsində yerləşən Maxaraştra ştatında avtobus qəzasında ən azı 11 nəfər həlak olub, 12-dən çoxu yaralanıb.
Şəffaflıq.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda NDTV telekanalı bildirib.
Hadisə bazar günü gecə saatlarında baş verib. Auranqabad şəhərindən Şaxada yaşayış məntəqəsinə hərəkət edən avtobus Dxule dairəsində yük maşını ilə toqquşub. Hər iki maşının sürücüsü həlak olub.
Ölənlərin sayı arta bilər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
DNA nəşri isə bildirib ki, 13 nəfər həlak olub, 20 nəfər zərər çəkib. Nəşrin mənbələrinin informasiyasına əsasən, avtobusda 45 sərnişin olub. Onlardan 8-nin vəziyyəti kirtikdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}