FHN küləyin paytaxtda törətdiyi fəsadlar barədə məlumat yayıb.

 Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləyin paytaxtda törətdiyi fəsadlar barədə məlumat yayıb.
Şəffaflıq.az FHN-in saytına istinadla bildirir ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, əsən güclü külək nəticəsində Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündə dəmir konstruksiya asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}