Zirədəki qəzada xəsarət alanlar evə buraxıldı

       Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.
Şəffaflıq.az bildirir ki, bu barədə  Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qəza zamanı xəsarət alan 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb.
Qeyd olunub ki, onların vəziyyətləri normaldır: “Ambulator müalicəyə buraxılıblar”.
“Azərbaycan Dəmir Yolları” QCS dəmir yolu keçidində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
QSC-dən Teleqraf.com-a daxil olan açıqlamada bildirilib ki, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib:
"İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub".
Bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsində taksidə olan 5 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:44-də çağırış olub.
Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub.
Yaralıların vəziyyəti ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}