Göyçayda yük maşını 27 qoyunu vuraraq tələf etdi - FOTO

 Göyçay rayonunda çoxsaylı heyvan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 205-ci km-də, rayonun Bığır kəndi ərazisində qeydə alınıb.
Ağsudan Göyçay istiqamətində hərəkətdə olan Ucar rayon sakini Mütəllim Bağıyevin idarə etdiyi yük avtomobili yolda olan qoyun sürüsünü vurub. Nəticədə Göyçay rayon Bığır kənd sakini Eldəniz Cəbrayılova məxsus 27 baş qoyun tələf olub.
Faktla bağlı araşdırma aparılır (Report).




 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}