Göyçayda qəza baş verib - FOTO


Göyçayda yol-nəqliyyat hadisəsi baş verib Şəffaflıq.az-ın  Göyçay bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili toqquşub. Nəticədə bir nəfər xəsarət alıb. Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb. Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}